Trampa qarşı ümumdünya etiraz aksiyası təşkil olunacaq

0
154

Venesuela lideri Nikolas Maduro həmvətənlərini ABŞ prezidenti Donald Tramp əleyhinə ümumdünya etiraz aksiyasında iştirak etməyə çağırıb.

Terefsiz.az saytı xəbər verir ki, bu haqda Maduro Karakasda keçirilən təntənəli tədbirdə bəyan edib.

“Mən Venesuela xalqının çağırışını dəstəkləyirəm. Dünyada etiraza min cür imkan var, məsələn sosial şəbəkələrdə. Qoy həqiqət hamıya məlum olsun”, – deyə, Maduro vurğulayıb.

Venesuela prezidenti ABŞ-ın yeni sanksiyalarına da öz etirazını bildirib və ölkəsinin çətinliklərdən alnı açıq çıxacağını dilə gətirib.

Trampa qarşı ümumdünya etiraz aksiyası avqustun 10-na təyin edilib. 

Terefsiz.a