Tramp Türkiyəyə bəraət qazandırdı

0
180

Terefsiz.az saytı xəbər verir ki, ABŞ lideri Donald Tramp Türkiyənin Rusiyadan raket-zenit sistemi S-400-ləri almağını şərh edib. 

Reuters”in məlumatına əsasən, Tramp bu kompleksi almaqda Türkiyəni günahlandırmır.

“Bir sıra səbəblər və digər problemlər olduğu üçün, mən Türkiyəni günahlandırmıram”, – deyə Tramp qeyd edib.

O vurğulayıb ki, ABŞ digər ölkələrə F-35 qırıcılarını çox asanlıqla sata biləcək.

Lakin Amerika lideri S-400-ləri aldığı üçüni Türkiyəyə qarşı nə zaman gömrük rüsumu tətbiq edəcəyini açıqlamayıb.

Terefsiz.az