Tramp Çin mallarına rüsumları artırmağı tapşırıb

0
171

Tramp Çin mallarına rüsumları artırmağı tapşırıb

Terefsiz.az saytı xəbər verir ki, ABŞ prezidenti Donald Tramp 300 milyard dollar dəyərində Çin mallarına rüsumları artırmaqla bağlı göstəriş verib.

Kommersant-ın məlumatına əsasən, bu barədə ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayzerin bəyanatında bildirilir.

“Prezident həmçinin bizə Çindən yerdə qalan, təxminən 300milyard dollar dəyərində olan bütün idxal rüsumlarının artımı prosesinə başlamaqla bağlı tapşırıq verib”, – deyə bəyanatda bildirilir.

Az öncə Donald Tramp özünün “twitter” hesabında qeyd etmişdi ki,  aparılan danışıqların nəticələrindən asılı olaraq, ABŞ tərəfi bir sıra Çin mallarına tətbiq olunan idxal rüsumunu ləğv edə bilər.

Terefsiz.az