Toyuq dönəri 67 tələbənin zəhərlənməsinə səbəb oldu.

0
177

Türkiyənin Afyonkarahisar şəhərində universitet tələbələri toyuq dönərindən kütləvi şəkildə zəhərləniblər.

Terefsiz.az saytı “İhlas”a istinadən xəbər verir  ki, hadisə universitetdən kənarda baş verib.

Verilmiş ifadələrə əsasən, tələbələr dönəri eyni dönərçidən alıblar.

Nəticədə 67 tələbə zəhərlənərək Afyonkarahisar Dövlət xəstəxanasına yerləşdirilib.

Kütləvi zəhərlənmə faktı ilə bağlı istintaq başlanıb.

Terefsiz.az