Tovuzda yol qəzası

0
234

Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Terefsiz.az xəbər verir ki, Oxu.Az saytının bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Böyük Qışlaq kəndində olub.

“VAZ-2106” markalı avtomobil yoldan çıxaraq “VAZ-21011” markalı avtomaşınla toqquşub.

Qəza nəticəsində sürücülər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

İlkin ehtimallara görə, hadisənin yağışlı hava ilə bağlı yolun sürüşkənliyi səbəbindən baş verdiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.