Tovuzda “Niva” dərəyə düşdü – FOTO

0
171

Tovuz rayonunda naməlum sürücü idarə etdiyi avtomobili dərəyə aşırıb.

Terefsiz.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Əhmədabad kəndində baş verib.

Belə ki, hələlik şəxsiyyəti müəyyənləşdirilməyən şəxs sürdüyü “Niva” markalı avtomobilin idarəsini itirib.

Qəza nəticəsində sürücü avtomobilini çayın dərəsinə aşırıb.

Kənd sakinlərinin köməyi ilə avtomobil dərədən çıxarılıb.

Hazırda araşdırma başlanılıb, sürücünün şəxsiyyəti dəqiqləşdirilir.

istinad:oxu.az