Tovuzda iki qonşu qəzaya düşdü, biri öldü

0
223
Tovuz rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Hadisə rayon avtovağzalının yaxınlığında qeydə alınıb.
Avtomobil idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində, Tovuz rayon sakinləri – 1985-ci il təvəllüdlü Yunanov Mirzə Məhərrəm oğlu və onun qonşusu, 1985-ci il təvəllüdlü Musayev Samir Novruz oğlu ağır xəsarət alaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Samir Musayev aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı Tovuz rayon Polis İdarəsində araşdırma aparılır.
Terefsiz.az