Tokio olimpiadası bu tarixdə keçiriləcək

0
111

Koronavirus (COVID-19) pandemiyasına görə təxirə salınmış Tokio Yay Olimpiya Oyunlarının keçiriləcəyi vaxt məlum oldu.

TASS xəbər verir ki, Olimpiadanın açılış mərasimi 23 iyul 2021-ci ildə olacaq. Rəsmi qərar isə bu gün – Beynəlxalq Olimpiya Komitəsinin keçirəcəyi təcili görüşdə elan olunacaq.

Xatırladaq ki, təxirə salınmış Tokio-2020 Yay Olimpiya Oyunları 24 iyul – 9 avqustda keçirilməli idi.

istinad:oxu.az