Temperatur 5-8 dərəcə aşağı enəcək, qar yağacaq

0
319

Sabah respublikanın rayonlarında arabir yağış yağacağı, gecə bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Bəzi dağətəyi rayonlarda dolu düşəcəyi, Böyük Qafqazın yüksək dağlıq ərazilərində qar yağacağı ehtimalı var.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur. Mayın 11-də gündüz saatlarında əksər rayonlarda yağıntı tədricən kəsiləcək.