Tbilisidə paralel iki aksiya keçirilir.

0
138

Tbilisidə parlament binasının qarşısında “Hamı bir nəfərə qarşı!” şüarı altında keçirilən aksiyaya qatılanların sayı artıb.

Terefsiz.az saytı “Report” – a istinadən xəbər verir ki, qanunverici orqanın qarşısındakı Rustaveli prospekti bağlanıb.

Aksiyaya “Ayıbdır” hərəkatının üzvləri, müxalif Vahid Milli Hərəkat və Avropalı Gürcüstan partiyalarının liderləri və tərəfdarları qatılıb.

Gürcüstanın paytaxtı Tbilisidə paralel olaraq iki aksiya keçirilir.

Aksiyalardan biri parlament binasının qarşısında Tbilisidə iyunun 20-21-də baş verən hadisələrdən üç ay ötməsi ilə bağlı təşkil olunub.

Digər aksiya Gürcüstan prezidentinin sarayı qarşısında keçirilir. Müxalif Vahid Milli Hərəkat Partiyasının təşkilatçılığı ilə baş tutan aksiyada dövlət başçısının qatilləri əfv etməsinə etiraz bildirilir.

Partiya liderlərindən biri Zaal Udumaşvili prezidentin addımlarının utancverici olduğunu bildirib. Onun sözlərinə görə, dövlət başçısı qatilləri əfv etməsinə heç aydınlıq belə gətirməyib.

Müxalifətçi qeyd edib ki, prezidentin bəyanatları xaricdə bir sıra qalmaqallar yaradıb və onun qatilləri əfv etməsi yeni qalmaqala səbəb olub.

Aksiya iştirakçılarının parlamentin qarşısındakı aksiyaya qoşulacağı gözlənilir.

Parlament ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Terefsiz.az