Tbilisidə etiraz aksiyası evlilik təklifi ilə başa çatıb

0
145

Tbilisidə parlament binası qarşısında keçirilən növbəti etiraz aksiyası başa çatıb.

Terefsiz.az xəbər verir ki, bugünkü aksiyada tribuna daha çox incəsənət adamlarına verilib.

Aksiyaçılar qarşısında Gürcüstanın tanınmış müğənnisi Nino Katamadze, yazıçılar Davit Qabunia, Erekle Deisadze və digərləri çıxış ediblər. Onlar aksiyanın daxili işlər naziri Giorgi Qaxarianın istefası ilə bağlı tələbinin haqlı olduğunu bildirərək, etirazçılara dəstəklərini ifadə ediblər.

Aksiyanın sonu maraqlı məqamla yadda qalıb. Belə ki, çıxış edən gənclərdən biri sevdiyi qıza tribunadan evlilik təklif edib. Gəncin bu hərəkəti aksiyaçılar tərəfindən alqışlarla qarşılanıb.

Aksiya iyulun 1-də saat 19:00-da bərpa olunacaq.

İstinad: Report.az

Terefsiz.az