Tbilisidə bazarda yanğın baş verib

0
175

Gürcüstanın paytaxtı Tbilisinin Lilo qəsəbəsində yanğın baş verib.

Terefsiz.az xəbər verir ki, hadisə “Çin bazarı” adlandırılan bazarda qeydə alınıb.

Əraziyə 14 yanğınsöndürən maşın və 2 xilasedici briqada cəlb olunub.

Yanğın nəticəsində xəsarət almayanların olduğu bildirilir.

Hazırda yanğının aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.

İstinad: Report.az

Terefsiz.az