” Susdum “… Bənövşə Mahmudqızı

0
542

” Susdum “

Çox danışdım.
Çox alışdım,
Çox yandım halına.
Bəlkə bir gün alına
Deyə – deyə…
Qürurumu yeyə – yeyə,
Bəlkə bir gün alına,
Çox yandım halına…
Küsdüm.
Əvvəl səndən,
Sonra sevgimdən,
Sonda özümdən.
Susdum.
Səssizlik danışsın,
Mənsizlik alovlansın,
Bu səssizlikdə,
Bu mənsizlikdə
Min cür fikir gəlsin
Ağlına,
Bəlkə bir gün alına,
Deyə – deyə,
Danış özünlə.
Tanış ol özünlə.
Səssizlik danışsın,
Sənsiz ölərəm
Deyən kəs,
Səssizlikdə özünü tanısın…

Bənövşə Mahmudqızı

Terefsiz.az