Suriyadakı avtomobilə yerləşdirilən bombanın partlaması nəticəsində 7 adam ölüb

0
248

Suriyanın şimal-şərq hissəsindəki partlayışda ən azı 7 adam ölüb. 

Terefsiz.az xəbər verir ki, bu barədə RİA Novosti  AFP-dəki öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, partlayış Türkiyənin sərhədinə yaxın ərazidə yerləşən Azəz şəhərində baş verib və 20 nəfər yaralanıb.

Bu bölgədə fəaliyyət göstərən ekstremist qrupların heç biri Azəzdə baş vermiş partlayışa görə məsuliyyət daşımadığını açıqlayıb.

Terefsiz.az