Sumqayıtda yol qəzasında ağır xəsarət alan gənc dünyasını dəyişib

0
156

Sumqayıtda baş verən yol qəzasında ağır xəsarət alan gənc dünyasını dəyişib.

Terefsiz.az -ın məlumatına görə, hadisə bir neçə gün bundan öncə Sahil küçəsindən Novxanı qəsəbəsi istiqamətində gedən yolda baş verib.

Belə ki, həmin yolda öz avtomobili ilə hərəkətdə olan 1994-cü il təvəllüdlü Hilalbəyli İlkin Fikrət oğlu yol qəzasına düşüb. O, xəstəxanaya yerləşdirilsə də, bu gün ölüb.

Faktla bağlı araşdırma aparılır.

İstinad: Report.az

Terefsiz.az