Stadnik final görüşünə çıxır

0
148

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

Terefsiz.az xəbər verir ki, bu gün qadın güləşçimiz Mariya Stadnik (50 kq) final görüşünə çıxacaq. İdmançımızın rəqibi rumıniyalı Emilia Alina Vuç olacaq. Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Qeyd edək ki, Mariya Stadnik təsnifat mərhələsində Miessiney Mersi Genesisi (Nigeriya) 10:0, 1/8 finalda Sima Simanı (İndoneziya) 9:2, 1/4 finalda Yekaterina Poleşçuku (Rusiya) 11:0, 1/2 finalda isə Yanan Sunu (Çin) 6:4 hesabı ilə üstələyib