“Sovetski”də YANĞIN – VİDEO

0
187

 Bakının Yasamal rayonu Şamil Əzizbəyov 32 ünvanında yerləşən yaşayış evlərinin birində yanğın baş verib.

Terefsiz.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi, həmçinin Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.

İlkin ehtimallara görə, yanğın elektrik naqillərində baş verən qısaqapanmadan törəyib.

Yanğının digər evlərə keçməsinin qarşısı alınıb və qısa müddətdə söndürülüb.

Onu da qeyd edək ki, həmin küçədə (Şamil Əzizbəyov) dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin ev muzeyi də fəaliyyət göstərir. Həmin muzeyin qarşısında “3.27 Dayanmaq qadağandır” yol nişanının olmasına baxmayaraq sürücülərin bu nişana əhəmiyyət verməməsi və kütləvi formada öz avtomobillərini muzeyin qarşısında saxlaması ərazidən keçən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikasının hərəkətinə çətin anlar yaşadıb.