“Sovetski” sakinləri ölkənin I vitse – prezidenti Mehriban xanım Əliyevanın qəbulunda – VİDEOREPORTAJ

0
441

Bu gün saat 15: 30 radələrində Heydər Əliyev adına İdman Kompleksində Bakının keçmiş “Sovetski” məhəlləsinin sakinləri ilə ölkənin I vitse – prezidenti Mehriban xanım Əliyeva arasında görüş baş tutub.

Terefsiz.az xəbər verir ki, sakinləri vitse – prezidentin köməkçilərindən Oqtay adlı şəxs qəbul edib. Öncə kompensasiya ilə bağlı sakinlərin ərizələri nümayəndəyə təqdim olunub. Daha sonra nümayəndə sakinləri dinləyərək məsələnin artıq Maliyyə Nazirliyində olduğunu və kompensasiyanın nazirliyin ayıracağını bildirib. Sakinlər isə öz növbəsində evlərin sahəsinin düzgün hesablanmadığını, həmçinin məsələ ilə bağlı Maliyyə Nazirliyinin rəsmisi tərəfindən təhqirlərə məruz qaldıqlarını nümayəndənin diqqətinə çatdırıb. Nümayəndə isə öz növbəsində ərizələrin vitse – prezidentə çatdırılacağını və məsələ ilə bağlı köməklik göstəriləcəyini bildirib.  Görüşün yekun nəticəsi 2020-ci ilin yanvar ayında bəlli olacaq. Sakinlər isə bu görüşün müsbət sonluqla bitəcəyinə, cavabın müsbət olacağına ümid edir.

 

Sadıq Əliverdibəyli