Soltan Hacıbəyovun 100 illiyi qeyd olunacaq

0
224

Mayın 8-də görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Üzeyir Hacıbəyli adına Dövlət mükafatı laureatı, professor Soltan Hacıbəyovun anadan olmasının 100 illiyi tamam olur.

Terefsiz.az saytı xəbər verir ki, yubiley tədbirinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1 aprel 2019-cu il tarixli Sərəncamına əsasən Mədəniyyət Nazirliyi tərəfindən Tədbirlər planı hazırlanıb.

Tədbirlər planına əsasən, mayın 7-si saat 17-də Milli İncəsənət Muzeyində Soltan Hacıbəyovun kamera əsərlərindən ibarət konsert keçiriləcək, mayın 8-i saat 12-də Birinci Fəxri Xiyabanda bəstəkarın doğum günündə musiqi ictimaiyyətinin iştirakı ilə məzarı ziyarət olunacaq.

İstinad: kulis.az

Terefsiz.az