Şamaxıda 18 yaşlı gənc qətlə yetirilib

0
57

Aprelin 22-də saat 07 radələrində Şamaxı rayonu Mədrəsə qəsəbəsində 2005-ci il təvəllüdlü Hacıyev Ramin Zaur oğlunun iplə boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətindən  bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun əmisi oğlu 1994-cü il təvəllüdlü Hacıyev Tural Mahir oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

terefsiz.az