Şahmat Olimpiadası: Qadınlardan ibarət Azərbaycan yığması qələbə qazanıb

0
54

Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında qadınlardan ibarət Azərbaycan milli komandası növbəti oyununu keçirib

“Terefsiz.az”ın məlumatına görə, IX turda Monqolustanla görüşən yığma 2,5:1,5 hesablı qələbə qazanıb.

Günay Məmmədzadə və Xanım Balacayevanın qalib gəldiyi turda Gövhər Beydullayeva heç-heçə edib, Gülnar Məmmədova isə uduzub.

Ümumdünya Şahmat Olimpiadası

IX tur

Qadınlar

Azərbaycan – Monqolustan

Günay Məmmədzadə – Enhtul Altan-Ulzi – 1:0

Xanım Balacayeva – Bayarjarqal Bayarmaa – 1:0

Gövhər Beydullayeva – Turmunk Munheul – 0:5:0,5

Gülnar Məmmədova – Bat-Erdene Munquneul – 0:1

Qadınlardan ibarət Azərbaycan milli komandası 9 turdan sonra 6-cı yerdə qərarlaşıb.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq

terefsiz.az