Saçlarımız üçün doğru bildiyimiz yanlışlar – Əli Hətəmov

0
778
Terefsiz.az saytı sizə saçlarımız üçün doğru bildiyimiz yanlışları dermotoloq – həkim Əli Hətəmovun məqaləsi vasitəsilə təqdim edir.

 

İstər xanım , istər kişi saç insan həyatında çox önəmli bir yerə sahibdir. Hər kəs daha sağlam ve gur saçlara sahib olmaq arzusundadır. Bu tarix boyu saçlara qulluq üçün bir çox vasitələrdən istifadə və ya bəzi şeylərdən imtinaya gətirib çıxarmışdır. Bunların bəziləri faydalı olarkən bəzən də yanlış qərarlara səbəb olur. Saçlarla bağlı bir çoxumuzun doğru bildiyi yanlışlar hansılardır:

1.Tez-tez saç qırxmaq yeni saçların çıxmasına səbəb olur və saçlar gurlaşır. Yanlış bir fikirdir. Sadəcə illuziyadır. Saç telimiz kökdən uca doğru getdikcə nazilir , bu üzdən qırxılandan sonra təzə çıxan tükler daha gur görünür , əslində isə nəticə dəyişmir.

2. Ağarmış saçlar tökülmür. Bu da bir başqa mifdir. Kişi tipli saç tökülməsi 18-27 yaş arası başlayır və bu yaşa qədər tökülmə olmursa demək ki , həssaslıq yaradan gen yoxdur. Bu yaşlarda da saçlar ağarmadığından ( çox hallarda ) belə yanlış fikir formalaşıb. Halbuki, saçları ağarmadan tökülməyən və ya sadəcə hansısa nahiyəsində az sayda ağ tükləri olan kifayət qədər insanlar var. Saça rəng verən maddə melanositlərdə sintez olunan melanindir. Nə melaninin , nə də melanositlərin saç tökülməsində heç bir rolu yoxdur.

3. Saç ağarmasını önləmək və ya ağarmış saçları əvvəlki rənginə qaytarmaq. Bu fikrin də heç bir elmi əsası yoxdur. Yetərincə yaşayan hər insanın saçı bir gün ağaracaq. Bəzən bu erkən yaşlarda görülərkən , bəzən də çox gec yaşlarda qarşımıza çıxa bilir. Bir çox hallarda genetikaya bağlıdır. Ağarmış saçların rənginin bərpası üçün bazarda müxtəlif vasitələr olsa da, bunlar çox nadir hallarda qismən effektli olur. Ən effektli üsul saç boyalarıdır ( təbii boyalara üstünlük verilməlidir ).

4. Ağ tüklər qoparılmaqla çoxalarmı ? Əlbəttə ki, xeyr. Bu səhv fikrin yaranmasına səbəb qoparma müddətində onsuz da tüklərin ağarmasıdır. Yəni ağ tüklər qoparılmasa belə yeniləri çıxacaq.

5. Bir digər yanlış şampunlar  ilə bağlıdır. Şampunlar daha çox saç tipinə uyğun kompleks müalicənin bir hissəsi kimi işlədilir. Tək başına şampunlar saç çıxarmaz.

7. Çox jele istifadəsi saçları tökər. Sübut olunmuş  bir fikir deyil. Jele saç tökməz , sadəcə cansızlaşdırar.

8. Bir digər yanlış fikir papaq istifadəsi ilə bağlıdır. Gündəlik papaq istifadəsi saçlarınızı tökməz .

Müəllif: Dermotoloq – həkim Əli Hətəmov

Terefsiz.az