Sabirabadda yaşlı kişini avtomobil vurub

0
154

Sabirabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Terefsiz.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Nizami kəndində qeydə alınıb.

1957-ci il təvəllüdlü Nizami kənd sakini Mustafayev Ramiz Həsən oğlu yolu keçmək istəyən zaman onu “Mercedes” markalı minik avtomobili vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

İstinad: Report.az

Terefsiz.az