Sabirabadda 34 yaşlı kişi özünü asdı

0
187

Sabirabad sakini intihar edib.

Terefsiz.az Oxu.Az-ın bölgə müxbirinin məlumatına istinadən bildirir ki, hadisə Sabirabad rayonunun Kürkəndi kəndində baş verib.

İlkin məlumata görə, kənd sakini, 1985-ci il təvəllüdlü Əsədov Qismət Gülağa oğlu həyətdəki ağacdan özünü asaraq intihar edib.

Onun asılı qalan meyiti yaxınları tərəfindən aşkarlanıb.

Hadisə ilə bağlı məlumat verilən kimi hüquq-mühafizə orqanları deyilən ünvana gəlib.

Əraziyə baxış keçirilib. Sonra meyit müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertizaya göndərilib.

İntiharın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

istinad:oxu.az