Sabirabad Sənaye Məhəlləsində çini qablar istehsal olunacaq

0
40

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sabirabad Sənaye Məhəlləsində çini qablar istehsal olunacaq.

“Terefsiz.az” Agentliyə istinadən xəbər verir ki, bu məqsədlə “Rengli Porselen” MMC-yə Məhəllənin rezidenti statusu verilib.

İnvestisiya dəyəri 1,2 milyon manata yaxın olacaq müəssisədə 28 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

terefsiz.az