Sabah bu yollar bağlı olacaq – VİDEO

0
150

Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə Bakıda bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Ümummilli lider Heydər Əliyevin anım mərasiminə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə dekabrın 12-də səhər saat 08:00-dan tədbir tam başa çatanadək Fəxri Xiyaban istiqamətində Parlament prospekti boyu bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov sürücülərin mənzil başına çatmaq üçün alternativ yollardan istifadə etmələrini tövsiyə edir.

Həmçinin Ulu Öndərin məzarını ziyarətə gələnlərdən də, ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələri tövsiyə olunur.