Səudiyyə Ərəbistanına qar yağdı – FOTO

0
169

Səudiyyə Ərəbistanının şimalında və İordaniya sərhəddinə yaxın olan Tabuk bölgəsində qar yağıb.

Terefsiz.az Yerli mətbuatın yaydığı məlumata istinadən bildirir ki, ağ örtüyə bürünmüş ölkədə təbiət hadisəsinə qarşı ehtiyat tədbirləri görülüb.

Səudiyyə Ərəbistanı Meteorologiya və Ətraf Mühitin Mühafizəsi Baş İdarəsindən edilən şərhdə deyilir:

“Buludlar ölkənin şərq və cənub-qərb dağlıq bölgələrinə doğru hərəkət edir”.

Tabukdakı Mülki Müdafiə Müdirliyi bölgənin şimal hissəsini qar yağması risklərinə qarşı hazır olmağa və hərtərəfli təcili yardım planı hazırlamağa çağırıb. Qurum həmçinin vətəndaşları çölə çıxmamağa və diqqətli olmağa səsləyib.

istinad:oxu.az