Sən demə bu ölkədə ” ölü qız ” olmaq belə qəbahət imiş – Bənövşə Mahmudqızı

0
917

Adı ” Sevil ” idi. Amma 20 il ərzində doyunca sevilmədi. Ölüsünü rahat qoymurlar… Hərə bir söz deyir arxasıyca… Sən demə bu ölkədə ” ölü qız ” olmaq belə qəbahət imiş. Necə ağrılıdır. Necə ağırdır. Tanımadığınız və hətta bu dünyada olmayan biri haqqında danışmaq, həm də boş danışmaq niyə bu qədər asan olsun ki? Yəni doğrudanmı, yaşadığınız həyatda heçmi ölmək, bu dünyadan baş götürüb, getmək istəməmisiniz? Niyə bu qədər qəddarsınız? Kim xoşbəxtlikdən ölmək istər? Biz deyilmiyik, bütün intiharlara səbəb? Biz deyilmiyik, özünə qıyanlara bu dünyanı dar edən? Niyə onun yerinə qoymursuz özünüzü? Niyə asan yolu seçib, elə hey qınayırsınız? Cənablar, xanımlar, onun arzuları var idi. Onun xəyalları var idi. O ən çox insanlıqdan çıxmaq istəmədi. Bircə bu istəyi yerinə yetdi… İnsanlıqdan çıxmadan, insanların əsl üzünü ortaya çıxardı… Ey övladı olan kəslər, ey valideyn olmaq diləyində olan insanlar, xahiş edirəm… Xahiş edirəm ki, heç olmazsa, ölünü rahat qoyun. Getdiyi yerdə sizin qeybətlərinizi eşidib, narahat olmasın. Heç olmazsa, rahat uyusun. Hər birinizə mərhəmət diləyirəm. Ümid edirəm ki, övladlarınız sizdən mərhəmət dilənmədən, sevgi dilənmədən, sevər, mərhəmət göstərər və anlayarsız… Eqoist olmayın… Sevin, ” Sevillərimizi “…!

 

Müəllif: Bənövşə Mahmudqızı

 

 

TEREFSİZ.AZ