Şəmkirdə 30 yaşlı kişi kəsici alətlə özünə xəsarət yetirib

0
157

Şəmkir rayonunda yerli sakin özünə xəsarət yetirib.

Terefsiz.az -ın məlumatına görə, hadisə Kür qəsəbəsində qeydə alınıb.

Rayon sakini, 30 yaşlı E.Cəfərov hələ ki, məlum olmayan səbəbdən kəsici alətləözünə müxtəlif bədən xəsarətləri yetirib.

O, Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

İstinad: Report.az

Terefsiz.az