Şəki sakini qonşusu tərəfindən bıçaqlanıb

0
240

Şəkidə bıcaqlanma hadisəsi baş verib.

Terefsiz.az -ın məlumatına görə, hadisə axşam saatlarında rayonun Aşağı Daşağıl kəndində baş verib.

Kənd sakini 1988-ci il təvəllüdlü Vüqar Nemət oğlu Abdurəhmanov mübahisə zəminində qonşusu tərəfindən bıçaqlanıb.

Bir-neçə bıçaq xəsarəti alan yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan bildirilib ki, ona sol bel və döş nahiyyəsinin aşağı hissəsinin daxilə nüfuz etməyən kəsilmiş yarası diaqnozu qoyulub, vəziyyəti orta-stabildir.

Faktla bağlı araşdırma aparılır.

İstinad: Report.az

Terefsiz.az