Səhiyyə Nazirliyi koronavirusla mübarizə aparan həkimlərə əlavə pul ödəyib.

0
249

TEREFSİZ.AZ sayt xəbər verir ki, “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 noyabr 2020-ci il tarixli 442 nömrəli qərarına əsasən, oktyabr ayı ərzində tibb işçilərinin əmək haqlarına müddətli əlavələr ödənilib.

 

Səhiyyə Nazirliyindən  bildirilib ki, nazirliyin tabeliyində olan tibb müəssisələri üzrə 1 346 tibb işçisinə 1,07 mln manat məbləğində müddətli əlavə ödənilib.

 

Qeyd edilən işçilərin əmək haqlarına müddətli əlavələr iş vaxtına mütənasib olaraq ödənilib.

 

TEREFSİZ.AZ