“Sədərək” Ticarət Mərkəzi yanır

0
153

Qaradağ rayonu ərazisində “Sədərək” ticarət mərkəzinə məxsus anbarlardan birində yanğın baş verib.

Terefsiz.az saytının Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Terefsiz.az