“RUSİYANIN GÖRKƏMLİ AZƏRBAYCANLILARI” ADLI SSENARİ MÜSABİQƏSİNİN SEÇİM MƏRHƏLƏSİ MAYIN 20-NƏ QƏDƏR UZADILDI

0
116

Azərbaycan Kinematoqrafçılar İttifaqı və A. M. Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondu ilə birgə “Rusiyanın görkəmli azərbaycanlıları”adlı ssenari müsabiqəsinə start verdiyi barədə məlumat vermişdik.

Xatırladaq ki, ssenarilərin qəbul müddəti 20 May 2020-ci ilədək uzadıldı.

Terefsiz.az xəbər verirki, müsabiqənin məqsədi uzun illərdir ki, Rusiyada yaşayıb-yaradan görkəmli azərbaycanlıların həyat yolununun səlnaməsini yaratmaq, gənc nəslə onların nailiyyətlərini çatdırmaqdan ibarətdir.

Müsabiqənin şərtləri:

Sənədli filmlərin ssenariləri (52 dəqiqədən çox olmamaq şərtilə) kinoesse, kinoportret, kino araşdırması janrlarında, XIX-XX əsrlərdə Rusiyada yaşayıb-yaratmış görkəmli azərbaycanlıların taleyindən bəhs etməlidir.

Ssenarilər Azərbaycan və rus dillərində qəbul edilir.

Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, orijinal və ekranlaşdırılmamış olmalıdı.

Ssenarilər 20 May 2020-ci ilədək elektron formada [email protected] ünvanına göndərilməlidir.

Münsiflər heyəti tərəfindən müəyyənləşdirilən qaliblər diplom və pul mükafatı ilə təltif ediləcəklər.

Azərbaycan Kinematoqrafçılar İttifaqı