Rusiyadan Bakıya yeni reys açıldı

0
150

Rusiya şirkəti Azərbaycana uçuşlar həyata keçirməyə başlayır. 

Terefsiz.az bildirir ki, “Smartavia” aviokompaniyası 2019/2020-ci il qış aylarında Peterburqdakı “Pulkovo” aeroportundan dörd yeni istiqamətə – Bakı, İjevsk, Rostov-Don və Ufaya daimi reyslər açacaq.

Azərbaycan paytaxtına “Smartavia” təyyarəsi həftədə iki dəfə, İjevsk və Rostova üç dəfə, Ufaya isə dörd dəfə uçuş təşkil edəcək.

istinad:oxu.az