Rusiyada təlim zamanı desantın iki döyüş maşını parçalandı – FOTO/VİDEO

0
124

Orendurq vilayətində (Rusiya) keçirilən “Mərkəz-2019” hərbi təlimlərində desantın döyüş maşınları qəzaya uğrayıb.

Terefsiz.az saytı “RİA Novosti” – yə istinadən xəbər verir ki, texnikanı təyyarələrdən paraşütla desant ediblər.

Paraşütlərdən ikisi açılmayıb və DDM yerə çırpılaraq dağılıb.

Rusiya Müdafiə nazirliyindən hadisə zamanı heç kimim xəsarət almadığı bildirilib.