Rumıniyada prezident seçkiləri keçiriləcək

0
160

Bu gün Rumıniyada prezident seçkilərinin birinci turu keçiriləcək.

Bu barədə Terefsiz.az TASS-a istinadən xəbər verir.

Əgər qeydə alınmış namizədlərdən heç biri seçicilərin səs çoxluğunu qazanmasa, onda noyabrın 24-də səslərin ən böyük miqdarını toplamış iki rəqibin iştirakı ilə ikinci tur keçiriləcək.

Ölkədə 18 748 seçki məntəqəsi açılacaq. Səsvermə yerli vaxtla saat 07:00-dan 21:00-adək davam edəcək. Rumıniyanın daimi seçki siyahılarında demək olar, 19 milyon seçici var.

Rumıniyada ən yüksək vəzifəyə 14 namizəd iddialıdır. Onlar arasında siyasi partiya nümayəndələri ilə yanaşı, müstəqillər də var. Namizədliyi Milli Liberal Partiyası tərəfindən irəli sürülmüş hazırkı prezident, 60 yaşlı Klaus Yohannis, Sosial Demokrat Partiyasından Viorika Dençile, habelə Mirça Dyakona, Dan Barna (Rumıniyanın Qurtuluşu üçün İttifaq”, Teodor Paleoloq və digərləri seçkilərdə prezident vəzifəsi uğrunda mübarizə aparırlar.

Rumıniyada prezident səlahiyyətinin müddəti 5 ildir.

istinad:report.az