Ronaldo sabah oynamaya bilər.

0
576

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo İtaliya A seriyasının 5-ci turunda “Breşia” ilə matçda oynamaya bilər.

Terefsiz.az saytının İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçunun əzələsində problem var. Baş məşqçi Maurisio Sarri 34 yaşlı oyunçunun durumunun ağırlaşmaması üçün onu böyük ehtimalla sözügedən görüşdə oynatmayacaq.

Qeyd edək ki, “Breşia” – “Yuventus” oyunu sabah keçiriləcək.

Terefsiz.az