Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilən yeniyetmənin son durumu açıqlanıb

0
41

Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilən yeniyetmənin son durumu açıqlanıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, bir neçə gün əvvəl 3 saylı uşaq evindən davranış pozuntuları olan yeniyetmə polis müşayiəti ilə Respublika Psixiatriya Xəstəxanasına gətirilib.

Qeyd olunub ki, “Psixiatriya yardımı haqqında” qanununa əsasən, o, xəstəxananın yeniyetmə şöbəsinə yerləşdirilib: “Hazırda aparılan stasionar müalicə nəticəsində yeniyetmənin psixi vəziyyəti stabilləşir. Mütəxəssislər tərəfindən yeniyetmənin psixi durumundakı stabilləşmənin tam möhkəmləndirilməsi üçün 2-3 gün müvafiq müalicənin davam edilməsinə qərar verilib. Stasionar müalicə kursu başa çatdıqdan sonra o evə ambulator müalicəyə qardaşının himayəsinə veriləcək”.

“Terefsiz.az” xatırladır ki, bir neçə gün əvvəl 3 saylı uşaq evindəki vəziyyətdən şikayət edən yeniyetmə, bu hadisədən sonra Psixiatriya Xəstəxanasına yerləşdirilib.

terefsiz.az