Renat növbəti oyuna çıxdı

0
170

Portuqaliya Premyer Liqasında 7-ci turun oyunları keçirilib.

Terefsiz.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Pasuş de Ferreyra” səfərdə “Gimaraynş”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Renat qarşılaşmanın 57-ci dəqiqəsində meydana çıxıb.

Qeyd edək ki, “Pasuş de Ferreyra” hazırda 4 xalla 18 komanda arasında 17-cidir.