“Real”ın əfsanəsi komandaya qayıtdı

0
231

“Real”ın əfsanəsi komandaya qayıtdı

“Real”ın sabiq futbolçusu Raul Qonzales Madrid klubuna qayıdıb.

Terefsiz.az saytı klubun saytına istinadən xəbər verir ki, 41 yaşlı veteran hücumçu bu dəfə məşqçi kimi çalışacaq. O, “Real”ın ikinci komandası sayılan “Kastilya”ya baş məşqçi təyin edilib. İspaniyalı ilə müqavilə imzalanıb. Sözləşmənin detalları haqda məlumat verilməyib. “Kastilya” B Sequndasında mübarizə aparır.

Qeyd edək ki, 1994-2010-cu illərdə “Real”da çıxış edən Raul 550 oyuna 228 qol vurub.

Terefsiz.az