Real Madrid Chelsea-nin yarımmüdafiəçisi ilə maraqlanır

0
155
Real Madrid qış transfer pəncərəsində heyətini gücləndirmək fikrindədir.

Terefsiz.az xəbər verir ki, Real Madrid Chelsea-nin yarımmüdafiəçisi Nqolo Kanteni heyətinə qatmaq niyyətindədir. “Kral klubu”nun baş məşqçi Zinəddin Zidanın heyətdə görmək istədiyi futbolçu üçün İngiltərə təmsilçisinə qış transfer pəncərəsi dövründə təklif göndərəcəyi bildirilir.

Qeyd edək ki, 28 yaşlı futbolçunun London klubu ilə hazırkı müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub.