Qurbağa dünyada ən zəhərli ilanlardan birini yedi

0
260

Avstraliyanın Taunsvill şəhərində yaşıl ağac qurbağası sahil taypanı adını daşıyan dünyada ən zəhərli ilanlardan birini yeyib.

Bu barədə “The Time” nəşri xəbər verir.

Nəşr bildirir ki, həyətində ilanı görən şəhər sakini peşəkar ilan ovçusu Ceymi Çepelə zəng edib.

Lakin ilan ovçusu qadının evinə gələnə qədər maraqlı hadisə baş verib.

Qadın yolda olan Çepelə zəng vuraraq yaşıl bir qurbağanın ilanı yediyini bildirib.

Yeri gəlmişkən, taypan qurbağanı bir neçə dəfə sancmağa macal tapıb.

Çepelin sözlərinə görə, qurbağanın diri qalması əsl möcüzədir.

İlan ovçusu qurbağanın ilanı qaytaracağından və taypanın diri qalacağından ehtiyat edərək qurbağanı özü ilə aparıb.

Qurbağa tam sağalandan sonra təbiətə buraxılacaq.

Qeyd etmək lazımdır ki, Avstraliyada taypanın sancdığı hər ikinci adam ölür.

istinad:oxu.az