Qubada iki avtomobil toqquşub, xəsarət alan var

0
146

Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Terefsiz.az-a verilən məlumata görə nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Quba rayonunda “VAZ” və “Mercedes” markalı iki minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı avtomobildə sıxılı vəziyyətdə qalan bir nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.