Qorxu altında filmi axır ki izləyicilərin hüzurunda.

0
604

“Qorxu altında” filmi ötən gün, youtube saytında izləyicilərinin seyrinə həvalə edilib. Maddi problemlər üzündən film kinoteatrlara əfsuslar olsun ki çıxarılmayıb.

Terefsiz.az xəbər verir ki, Filmin çəkilişləri 2016-cı il, avqustun 4-ü başlayıb. Tam metrajlı bədii maarifləndirici filmin çəkilişləri elə həmin ilin Oktyabrın 6-da başa çatıb. Film Bakı və Nabranda çəkilib. Filmin qayəsi narkomaniya əleyhinə mübarizədir. İyirmi birinci əsrin bəlası sayılan ağ ölümə qarşı rejissor Namiq Əlioğlu öz baxış prizmasından yanaşaraq, filmi lentə alıb. Film narkomaniyadan əziyyət çəkən gənclərin mutanta çevrilişindən və günahsız
insanların qətlindən bəhs edir.

Ssenari müəllifi və quruluşçu rejissor Namiq Əlioğlu, Quruluşçu operator Tərlan Haqverdiyev, səhnə rəssamı Maqsud Məmmədov, İkinci rejissor Sima Şabanova, qrim Tahirə Əliyeva, montaj və qrafika N.A. media, rejissor assistenti Ədnan Zeynallı, fotograf Sənan Mehmanoğlu, Koordinator Heyder Hasanov. Rollarda: Sima Şabanova, Cavid Aydınov, Rüfət Cabbarov, Təhminə Tağıyeva, Xanım
Əliyeva, Rafael Abdullayev, Adəm Osmanov, Zeynəb Tahirli, Aydın Əliyev, Vuqar Məmmədəliyev, Qənirə Məmmədova, Mətanət Mirzəzadə çəkilib.

TEREFSİZ.AZ