Qırmızı işıqda dayanmayan “NAZ Lifan” ağır qəzaya səbəb oldu – FOTO

0
238

Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Terefsiz.az xəbər verir ki, hadisə ASAN Xidmət mərkəzinin yaxınlığında baş verib.

Abdullayev Elçin Yusif oğlu idarə etdiyi “NAZ Lifan” markalı minik avtomobili ilə hərəkətdə olarkən işıqforun qırmızı işığından keçərək yoluna davam edib.

Bu zaman onun avtomobili Qasımov Ramin Mahir oğlunun idarə etdiyi “Opel” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən “Opel” yol kənarındakı marketə çırpılıb.

Qəza nəticəsində “NAZ Lifan”da olan sərnişin, 17 yaşlı Ağayev İlkin Rafael oğlu xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub, avtotexniki ekspertiza təyin edilib.

İstinad: Oxu.az

Terefsiz.az