Qatar ayaqlarını qopartdı, sürünə-sürünə evinə çatdı

0
195

Qazaxstanın Karaqanda şəhərində dəhşətli hadisə baş verib.

Terefsiz az xəbər verir ki, gözlənilmədən tərpənən qatar evinə çatmaq üçün vaqonların arasından keçən qadının ayaqlarını qopardıb.

Ağrıdan qadın huşunu itirib.

Lakin qısa müddətdə ayılan qadın, şiddətli ağrıya baxmayaraq sürünə-sürünə evinin qapısına çatıb.

Qadını evin önündə tapan oğlu dərhal təcili yardım çağırıb.

Qadının həyatını xilas etmək mümkün olub, lakin ayaqları amputasiya edilib.

istinad:oxu.az