“Qarabağ”ın oyununda təxribat törədən ermənilər stadiondan uzaqlaşdırıldılar

0
196

Ermənilər “Qarabağ”ın Avropa Liqasındakı oyununda növbəti dəfə təxribata əl atıblar.

Terefsiz.az -ın məlumatına görə, Ağdam təmsilçisinin səfərdə “Sevilya”ya 0:2 hesabı ilə uduzduğu matç zamanı “Ramon Sançes Pisxuan” stadionunda erməni bayrağı asılıb.

Azərbaycanın İspaniyadakı diasporunun üzvlərinin sərt etirazından sonra nəinki bayraq yığışdırılıb, həmin ermənilər də tribunadan uzaqlaşdırıblar.

Xatırladaq ki, ermənilər “Qarabağ”ın “Düdelanj”la görüşündə də bayraq təxribatına əl atmışdılar.

İstinad: Report.az

Terefsiz.az