“Qəbələ” inamlı qələbə arzusunda

0
177

Bu gün Avropa Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulacaq.

Terefsiz.az saytı xəbər verir ki, təmsilçilərimizdən “Qəbələ” də cavab matçına çıxacaq.

Sənan Qurbanovun komandası Gürcüstanda “Dinamo”nun qonağı olacaq. Qəbələdəki görüşdə Tbilisi təmsilçisinə 0:2 hesabı ilə uduzan “qırmızı-qaralar” çətin sınaq qarşısındadır.

Qeyd edək ki, bu cütün qalibi 3-cü mərhələdə Hollandiyanın “Feyenoord” klubu ilə qarşılaşacaq.

Avropa Liqası

2-ci təsnifat mərhələsinin cavab oyunu

1 avqust

21:00. “Dinamo” (Tbilisi, Gürcüstan) – “Qəbələ” 0:0
Hakimlər
: Petri Vilyanen, Riku Vihreavuri, Mika Lamppu, Dennis Antamo (hamısı Finlandiya).
Tbilisi. Boris Payçadze adına stadion.
İlk oyun – 2:0.

Terefsiz.az