Türkiyə İŞİD hərbçilərinin deportasiyasına başladı.

0
198

Terefsiz.az saytı xəbər verir ki, Türkiyə İŞİD terror qruplaşmasının ələ keçirilmiş döyüşçülərini öz dövlətlərinə geri qaytarmağa başlayıb.

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Çataklı deyib:

“Prosedurları tamamlanan İŞİD və ABŞ terrorçuları Türkiyədən göndərilib. Almaniyalı yeddi hərbçi isə noyabrın 14-ü göndəriləcək”, – deyə Çataklı əlavə edib.

Daha əvvəl Türkiyə DİN-in başçısı Süleyman Soylu rəsmi Ankaranın əsir götürülmüş İŞİD hərbçilərinin bazar ertəsindən etibarən öz ölkələrinə geri qaytarılacağını bildirmişdi.

Terefsiz.az