Prosineçkinin istefası qəbul olunmadı

0
200

Bosniya və Herseqovina Futbol Federasiyası Robert Prosineçkinin istefasını qəbul etməyib.

Terefsiz.az xəbər verir ki, bu barədə federasiyanın İcraiyyə Komitəsi qərar verib.

Bugünkü iclasda Prosineçkiyə tam dəstək verildiyi və onun müqaviləsi bitənədək – 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin sonunadək vəzifəsində qalacağı açıqlanıb.

Milimizin sabiq çalışdırıcısı da rəhbərliyin bu qərarına hörmətlə yanaşdığını və işinə davam edəcəyini bildirib.

Qeyd edək ki, Robert Prosineçki sentyabrın 8-də Avro-2020-nin seçmə mərhələsində səfərdə Ermənistana 2:4 uduzduqları oyundan sonra istefa vermişdi.